inzibati ərazi bölgüsü

İdarə etmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsi

inzibati akt
inzibati ərazi dairəsi
OBASTAN VİKİ
İnzibati-ərazi bölgüsü
İnzibati-ərazi bölgüsü — unitar dövlətin ərazisinin təbii, siyasi, iqtisadi, etnik, milli və digər amillərə görə yerli hakimiyyət orqanları sisteminin qurulduğu hissələrə, yəni inzibati-ərazi vahidlərinə bölünməsi. İnzibati-ərazi bölgüsü federal dövlətlərin subyektlərinə də xasdır, çünki sonuncular, bir qayda olaraq, unitar qurumlardır. Unitar dövlətlərdən fərqli olaraq federasiyaların ərazi quruluşu federativ quruluşla xarakterizə olunur. İnzibati-ərazi bölgüsü dövlət ərazisinin vilayətlərə, rayonlara, distriktlərə, əyalətlərə, idarələrə və s. bölünməsini təmin edir.
Finlandiyanın inzibati-ərazi bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri. == Ştatların təsnifatlaşdırılması == Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır. A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir. B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir. C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur. == Ştatların səlahiyyətləri == Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.
Çexiyanın inzibati-ərazi bölgüsü
Çexiya inzibati-ərazi bölgüsü baxımından 14 inzibati vahiddən: 13 diyardan və 1 diyar statuslu şəhərdən ibarətdir.
Böyük Britaniyanın inzibati-ərazi bölgüsü
Böyük Britaniya 4 inzibati-siyasi ərazidən ibarətdir (tarixi vilayətlərdən): İngiltərə (39 qraflıq, 6 metropolit qraflıqları və Böyük London), Uels (9 qraflıq, 3 şəhər, və 10 şəhər-qraflıq), Şotlandiya (32 vilayət), Şimali İrlandiya (26 rayon).
Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Rusiya Federasiyasının inzibati-ərazi bölgüsü
Rusiya inzibati cəhətdən onun tərkibinə 21 respublika, 1 muxtar vilayət, 9 diyar, 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir. Ümumiyyətlə Rusiya federativ respublikadır. Burada həmçinin 85-dən çox qoruq, 25 milli park vardır. Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur. Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 22 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-Peterburq və Sevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.
Almaniyanın inzibati bölgüsü
Almaniya Federativ Respublikası 16 federal əyalətdən ibarət federasiyadır.Onlardan 13-ü "ərazi dövlətləri" (alm.Flächenländer) və üçü "şəhər-dövlətləridir" (alm.Stadtstaaten ) == Əyalətləri == Almaniya Federativ Respublikasındakı əyalətlər qismən dövlət suverenliyinə malikdir və beynəlxalq hüququn subyektləridir. Almaniya konstitusiyasına görə, hər bir əyalət öz dövlət idarəçiliyi məsələlərində tam suverenliyə malikdir. Buna görə də müxtəlif əyalətlərin inzibati quruluşu bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Gündəlik həyatda "federal dövlət" anlayışı tez-tez istifadə olunur, lakin hüquqi sənədlərdə - Almaniya Federativ Respublikasının Əsas Qanununda və ya ştatların konstitusiyalarında - bu termin istifadə edilmir, çünki Alman dövlətləri birlikdə Almaniya Federativ Respublikasıdır və Almaniyanın inzibati vahidləri deyil. Berlində (Almaniyanın paytaxtı) və Brüsseldə (Avropa İttifaqının paytaxtı) hər bir dövlətin öz nümayəndəliyi (alm.Landesvertretung) var. Berlin, Bremen və Hamburq şəhərləri müstəqil dövlətlər yaradırlar. Əyalətin qanunverici orqanı xalq tərəfindən seçilən Landtag , əyalət icraedici orqanı torpaq hökuməti Landesregierung, tərəfindən seçilən əyalət baş naziri Landesministerpräsident və əyalət nazirlərindən Landesminister ibarətdir. == Rayonlar == Federal ştatlar rayonlara bölünür ( alm.Kreis/Landkreis ). Ümumilikdə 294 rayon var.Onlara əlavə olaraq, 106 qeyri-rayon şəhəri ( alm. Kreisfreie Städte / Stadtkreise ) fərqlənir, yəni torpaq tabeliyində olan şəhərlər və ya rayonlara bərabər tutulan şəhərlər.
Avstriyanın inzibati bölgüsü
Konstitusiyaya görə, Avstriya federativ respublikadır və 9 torpaqdan (alm. Bundesländer‎) ibarətdir.
Azərbaycanın inzibati bölgüsü
Azərbaycanın inzibati bölgüsü — Azərbaycanda 66 rayon, 14 respublika tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənd var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər rayonudur, ən kiçik rayon isə Sədərək rayonudur.
Bakının inzibati bölgüsü
Bakının inzibati bölgüsü - Bakı şəhərinin inzibati bölgüsü hal-hazırda şəhər rayonlarından ibarətdir. Bakı şəhərinin 12 rayonu vardır. == Tarixi == Bakı şəhərinin 1 iyun 1940-cı il tarixli məlumata görə rayonlarının sayı 17, 1 yanvar 1953-cü il tarixli məlumata görə rayonlarının sayı 13, 1 yanvar 1965-ci il tarixli məlumata görə rayonlarının sayı 13 olmuşdur.
Barbadosun inzibati bölgüsü
Barbadosun inzibati bölgüsü — Barbados inzibati cəhətdən 11 bölgəyə bölünür:
Butanın inzibati bölgüsü
Butan 4 dzonqdeyə (ing. dzongdey) bölünmüşdür, tərkibinə 20 dzonqxaq daxildir(dzonq-ke རྫོ་ཁག།, ing. dzongkhag). Hər dzonqxaq öz növbəsində qevoqlara (ing. gewog) bölünür, onlar isə dunqxaqlarla birləşir (ing. dungkhag). == Dzonqdey == 1988-ci ilə Butan dzonqxaqlar və dövlət arasında ara keçid yaratmaq üçün dörd dzonqdeylə birləşdi. == Dzonqxaq == Dzonqxaq (dzonq-ke རྫོ་ཁག། ing. Dzongkhag), dzonq-ke dilində birinci səviyyədə tabe olan Butanın inzibati-ərazi vahidi. Dzonqxaqlar qevoqlara (ing.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Finlandiyanın inzibati bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Fransanın inzibati bölgüsü
Fransanın inzibati bölgüsü — Fransanın institusional və inzibati coğrafiyasıdır. Dövlət strukturunun islahatının son illərində, metropoliya (qitənin ərazisi) inzibati bölgüsü və Fransanın xarici mülkiyyətində dəyişikliklər baş vermişdir: Bəzi kommunalar nəqliyyat, məkan planlaması və s. mövzularda qarşılıqlı əlaqə üçün dövlətlər arası əməkdaşlıqda (EPCI — Établissement public de coopération intercommunale) birləşirlər. Fransa dənizaşırı regionlarıda inzibati bölgüsü var.
Gürcüstanın inzibati bölgüsü
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur. Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur.Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür. Gürcüstanda, ölkənin paytaxtı Tblisidə olmaqla 12 muxtar şəhər (gürc.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. == Haqqında == Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir. == Ləğv edilmiş rayonlar == === Kəpəz rayonu === Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli fərmanı ilə yaradılmışdır.
Kolumbiyanın inzibati bölgüsü
Kolumbiyanın inzibati bölgüsü — Kolumbiya 1991-ci il Konstitusiyası ilə təsis edildi və 2 iyun 1994-cü il tarixli 136 saylı qanuna əsasən dəyişdirildi. İnzibati ərazi bölgüsünün üç səviyyəsi vardır. İdarəedici departamentlərin birinci səviyyəsinə rayonun paytaxtı Boqota, ikincisi isə bələdiyyələr aid edilir.
Latviyanın inzibati bölgüsü
== Latviyanın diyarları ==
Macarıstanın inzibati bölgüsü
Macarıstan ərazisi 7 regiona bölünür, regionlar isə medyelərə bölünür . 2013-cü il yanvar ayının 1 qədər medye bölgələrə və ya kişterşeqilərə (kistérség) ayrıldı. Hal-hazırda, Macarıstan 7 regiona, regionlar isə 19 medyeyə bölünür, medyələr isə — 175 yaraşlara (rayon) (járás), yaraşlar — icmalara bölünüb. Bundan başqa, Macarıstanın (Budapeşt, Debretsen, Mişkolç, Seqed, Peç və Dyör) böyük şəhərləri respublikaya tabedir. Yerli rəhbərliklər seçkilər vasitəsilə formalaşan bələdiyyə başçılarını və icmalarını təmsil edir. Vəzifə müddəti 4 ildir. == Regionlar == == Medye == Macarıstan 19 medyeyə (bölgə) və şəhərə bölünür, medye berabər — Budapeşt.
Monqolustanın inzibati bölgüsü
Monqolustan inzibati ərazi bölgüsü - Monqolustan Respublikası 21 Aymakdan (əyalət) (monq. аймаг) və 1 hotdan ibarətdir. Hər bir aymaq sumlara (rayon) bölünür. Monqolustanda ümumilikdə 315 sum var.Ölkənin paytaxtı Ulan-Bator əyalət statusu ilə ayrıca idarə olunur. Monqol dilində bu idarə ərazi hot adlanır. == Tarixi == Çində Mancuriyanın dağılmasından sonra Xarici Monqolustan ərazisi Çovd, Jassaktu, Tuşeti və Setsen xanlıqlarına bölündü. 1921-ci il İstiqlal bəyannaməsindən sonra Aleksa, Ordos, Şilin gol v Cirim Şin əraziləri Monqolustanda qalmasına baxmayaraq Tıva müstəqil respublika oldu. Mövcud ərazilərdə yeni Monqolustan Xalq Respublikası təsis edilir. 1941-ci ildə Rusiya-Yaponiya müharibəsindən sonra Arxanqay, Çoybalsan, Dornoqov, Zavxan, Xentiy, Xovd, Xövsqöl, Ömnöqov, Övörxanqay, Tov və Üvs aymakları yaradıldı. 1954-cü ildə Çin ilə sərhəd Cənubi Qobidəki uzun zolaq idi.
Monteneqronun inzibati bölgüsü
== Həmçinin bax ==
Mordoviyanın inzibati bölgüsü
== İnzibati-ərazi bölgüsü == Mordoviya Respublikasının Konsitutsiyası və "Mordoviya Respublikası İnzibati-Ərazi quruluşu məsələlərin həlli proseduru haqqında" qanuna əsasən Rusiya Federasiyasının subyekti aşağıdakı inzibati-ərazi vahidlərə bölünür: 3 respublika əhəmiyyətli şəhər (Saransk, Ruzayevka, Kovılkino). 22 rayon daxildir 342 kənd sovetliyi, 4 rayon əhəmiyyətli şəhər: (Ardatov, İnsar, Krasnoslobodsk, Temnikov), 13 işçi qəsəbə.Mordoviyanın inzibati mərkəzi Saransk şəhəridir. == Bələdiyyə quruluşu == Mordoviya Respublikası bələdiyyə strukturunun tərkibinə inzibati-ərazi vahidləri sərhədləri daxilində 1 yanvar 2018-ci ilədək 377 bələdiyyə daxildir, o cümlədən: 1 şəhər dairəsi, 22 rayonlar, hansıki daxildir: 16 şəhər tipli yaşayış məntəqəsi, 338 kənd tipli yaşayış məntəqəsi. == Tarixi == Mordoviyanın ayrı bir inzibati vahid olaraq 1928-ci ildə, orta Volqa vilayəti Mordoviya dairəsi kimi təşkil edilir. İlk əvvəllər dairə 23 rayona bölünürdü: Ardatovski, Atyaşev, Açadov, Bednodemyanov, Duben, Elnikov, Zubovo-Polyan, İnsar, Kovılkin, Kolzov, Koçkurov, Krasnolobod, Narovçat, Romodanov, Ruzayev, Rıbkin, Saransk, Staroşayqov Talızin, Temnikov, Tenquçev, Torbeev və Çamzin. 1930-cu ildə Mordoviya dairəi Mordoviya Muxtar Vilayətinə çevrilir. Bununla belə Bednodemyanov və Narovçat rayonları Penzen dairəsinə verilir. Arzamas dairəsindən isə İçalkov rayonu Mordoviya MV birləşdirilir. Üstəlik Talızin rayonun adı İqnatov olaraq dəyişdirilir. 1933-cü ildə tatarların kompakt yaşadığı ərazidə Lyambirski milli rayonu təşkil edilir.